İnsan Əməlləri | Human Acts
Azerbaijani
2022
1979-cu ildə Cənubi Koreya prezidenti Pak Çonhinin sui-qəsdlə öldürülməsindən sonra yeni qurulan hökumət hakimiyyəti öz üzərinə götürmək üçün addımlar atdı. Xalq demokratiyanın daha çox zərər görməsini istəmirdi və bu səbəbdən ölkə miqyasında etirazlar başladı. Etiraz mitinqlərində gənclər xüsusilə fəal idi. Bu vaxt ordu tələbə və işçilərin etirazlarını yatırmaq bəhanəsi ilə hakimiyyəti ələ keçirdi. Silahsız etirazçılara atəş açıldı, insanlar işgəncələrə məruz qaldı, saysız-hesabsız vətəndaş həbs edildi. Doqquz gün davam edən hadisələr minlərlə insanın yaralanması və ölümü ilə nəticələndi. O hadisələr zamanı ölən və yaralananların sayı bu günədək dəqiq müəyyənləşdirilməyib. Həmin hadisələr demokratiya tarixinə “Kvanju üsyanı” kimi düşdü.
Cənubi Koreyada tələbə mitinqlərinin davam etdiyi bir dövrdə Donho adlı bir məktəbli öldürülür. Kitabda bu faciəvi hadisə fəsillərin ardıcıllığı ilə çözələnir. Hər fəslin baş qəhrəmanı söz azadlığı əlindən alınan, səsi boğulmağa çalışılan, qətliamın ağır nəticələrini uzun illər unutmayan insanlardır: Donho ilə eyni taleyi bölüşən dostu, senzura ilə mübarizə aparan redaktor, travmatik xatirələrdən əziyyət çəkən məhbus və sinəsinə övlad dağı çəkilən Donhonun anası… Roman bu personajların kədər və ümid dolu təhkiyəsi ilə tarixin ən amansız dönəmlərindən birini təsvir edir.
Bir çox mükafatlara namizəd göstərilən bu roman yaraları hələ də sağalmayan tarixi bir hadisənin təfərrüatlı bir surəti, zülmün amansız möhrü və insaniyyətin qeyri-adi tərənnümüdür.
Source : http://kitabal.az/book.php?book=11368